İranın Azərbaycanla müharibə riskinə getməsi özü üçün ağır fəsadlarlar törədər - ETİBAR MƏMMƏDOV

18:13 10.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“İran və Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində müəyyən danışıqlar, razılaşmalar baş tutsa da,  görünən odur ki, oradakı bir sıra qüvvələr son vaxtlar Azərbaycana qarşı davam edən düşmənçilik siyasətindən əl çəkmək istəmirlər”.

Bu fikri hafta.az-a açıqlamasında Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov “Sizcə, İranın Azərbaycana qarşı müharibə törətmək ehtimalı nə qədərdir” sualını cavablandırarkən söyləyib.

“Rəsmi Tehran dolayısıyla faktiki müharibə elan etdiyi dövlətlə Azərbaycanın da müharibə vəziyyətində olmasını tələb edir. Lakin onun buna heç bir haqqı yoxdur.  Çünki o halda  İran da Azərbaycanın müharibə durumunda olduğu, 30 idən çox torpaqlarımızı işğal altında saxlamış qəsbkar Ermənistanla mehriban iqtisadi, siyasi əlaqələri, əməkdaşlığı kəsməli və həmin ölkə ilə savaş vəziyyəti almalıdır. Ancaq Tehran nəinki bunu etmir, bizim düşmənimizlə birbaşa hərbi sahədə də müttəfiqlik etdiyini göstərir. Ermənistanla bağlı “qırmızı xətləri” olduğunu bəyan edir,  müxtəlif cəfəngiyyatlar söyləyirlər. Buna görə də belə nəticəyə gəlmək olur ki, bu məsələlərdə İran tərəfdən Azərbaycana qarşı təxribatçı fəaliyyətlər olacaq, hədə-qorxular davam edəcək. Lakin bizimlə müharibə riskinə getmək ağır daxili böhran yaşayan İran rejiminin özü üçün böyük fəsadlar törədə bilər.  O ölkənin hakimiyyətinin başında duranlar da bunu yaxşı dərk edir”- deyə partiya lideri vurğulayıb.

 

Siyasət rubrikasından digər xəbərlər